Muəllif:

Jurnalistin döyülmə faktı ilə bağlı cinayət işi başlanıb: cani tapılacaqmı?

Jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Hüseynov məlumat verib. Bölmə rəisinin dediyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 441