Muəllif:

Irina Voloşina hava limanından geriyə — Moskvaya göndərildi

Fransanın İTL telekanalının Moskva bürosunun reportyoru İrina Voloşina bu gün Bakıya buraxılmayıb. O, hüquq müdafiəçisi Leyla Yunus haqqında telereportaj hazırlamaq məqsədilə səhər saat 5:00 reysilə Moskvadan Bakıya  enib. Sərhəd nəzarətinə çatmadan onu saxlayaraq təkrar təyyarəyə göndəriblər və heç bir açıqlama verməyiblər. Voloşina səhər saat 10:00 reysilə Moskvaya yola salınıb. Bu barədə Turan-a Leyla Yunus bildirib. Belə ki, fransalı reportyor onunla telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, Voloşinanın Fransa vətəndaşlığı var.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 930