Muəllif:

Hərbi əməkdaşlıq önə çıxmalıdır

Fikrimcə, Ukraynada cərəyan edən faciəli hadisələr Azərbaycanı və digər postsovet dövlətlərini istər-istəməz öz milli müstəqilliklərinin müdafiəsinə daha çox fikir verməyə məcbur edəcək. Bu səbəbdən bu ölkələr çalışacaqlar ki, özlərinə hərbi sahədə güclü olan müttəfiq tapsınlar, ya da güclü hərbi ölkələrlə, yaxud hərbi-siyasi qurumlarla əlaqələrini intensivləşdirsinlər. Belə olduqda onlar NATO-nun müxtəlif proqramlarına qoşulmağa can atacaqlar. Güman etmək olar ki, Azərbaycan innən belə öz ordusunun NATO standartlarına keçid məsələsində, peşəkar ordu yaratmaq yolunda daha inamlı addımlar atacaq.
Təkliflərim: Birinci növbədə Azərbaycanın siyasi və hərbi rəhbərliyi calışmalıdır ki, NATO-nu təmsil edən siyasi şəxsləri inandırsın ki, Azərbaycan-NATO əlaqələrində hərbi əməkdaşlıq siyasi və sairə əməkdaşlıqdan üstündür. İkincisi, NATO xadimlərini, asta-asta olsa da, inandırmaq lazımdır ki, onların Dağlıq Qarabağ münaqişəsində Azərbaycana siyasi dəstək verməsi günün tələbinə uyğundur. Bu, çox çətin işdir, ancaq bu yolda daha çox addımlar atılmalıdır.
Azərbaycanla NATO arasında əməkdaşlıq proqramı necə olmalıdır?
1) Ən əsası — NATO-nun köməyi ilə Azərbaycan ordusunun Hərbi Hava Qüvvələri, xüsusi təyinatlıları, artilleriya və tank birləşmələri yaxın 2-3 il ərzində tam peşəkar əsasa keçirilməlidir;
2) NATO-nun hərbi və ya hərbi-siyası böhran zamanı planlaşdırma və idarəetmə tərcübəsi Azərbaycanın müvafiq orqanları tərəfindən öyrənilməli, lazımi uyğunlaşdırma işlərindən sonra geniş tətbiq edilməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197