Muəllif:

Demokratlar Rusiya təhlükəsi qarşısında birləşməyə çağırıblar

Dünən “Rusiya təhlükəsi və Azərbaycan” mövzusunda müzakirələrin iştirakçıları Azərbaycan xalqına müraciət qəbul ediblər.

Müraciətdə deyilir:

“28 aprel ərəfəsində dünyada və regionda baş verən prosesləri dəyərləndirərək, bu proseslər nəticəsində Azərbaycan istiqlalı və milli təhlükəsizliyi üçün təhdidlərin kəskin şəkildə artdığından narahatlıq ifadə edərək bu müraciətlə çıxış etmək qərarına gəlinmişdir.

“Rus təhlükəsi” real  geosiyasi hadisədir. Putin və onun Gomrük  — Avrasiya İttifaqı formasında həyata keçirilən  Rusiya ekspansionizmi beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycanın Respublikasının müstəqillik və demokratik inkişafı üçün təhdiddir.

Azərbaycanı hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda  dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir.  Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu nəinki təhlükələrdən xilas edir, əksinə bu təhlükələri daha da dərinləşdirir. Gömrük- Avrasiya ittifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk – islam dünyasından təcrid edilməsi, cağdaş svilizasiyalı mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzunmüddətə ləngidilməsidir.

1920-ci ildə Rusiya bütün bu əraziləri  kommunizm mifologuyası, bolşevik bayrağı altında işğal etmişdisə,  hazırda Gomrük və Avrasiya İttifaqı ideyası SSRİ- nin bərpası olmayıb   müstəmləkəçi rus imperiyasının yenidən zühurudur. Avrasiya İttifaqında azərbaycanlıları ikinci sort xalqa çevrilmə perspektivi  gözləyir. Bu günkü Rusiyada artıq kosmopolit kommunizm yox, rus patriotizmi ideologiyası hakimdir.  Proletar həmrəyliyi və sinfi bərabərlik ideyaları azərbaycanlılara yad olan “rusların əsrarəngiz ruhu” ideyası ilə əvəzlənmişdir. Rusiyada ruslar arasında  qeyri- ruslara qarşı açıq, gizlədilməyən  irqçi münasibət formlaşmışdır və getdikcə güclənir və bu mərkəzi hakimiyyət tərəfindən himayə olunur.  Nəzərə alınmalıdır ki, müasir Rusiya əksər ictimai — siyasi həyat göstəricilərinə,  görə hətta bir  sıra postsovet ölkələrindən o cümlədən Azərbaycandan geri qalır. Belə bir şəraitdə Rusiyaya doğru hərəkət, Rusiyaya inteqrasiya geriyə olan hərəkətdir, faktiki olaraq unversal, ümumbəşəri və milli dəyərlərdən imtina deməkdir.

Rus təhlükəsi Azərbaycandakı daxili ictimai- siyasi situasiyadan irəli gələn vəziyyətlə ağırlaşır. Ənənvi sovet nostaljisi ölkədə aparıcı tendensiyaya çevrilmə potensialına malik olmasa da mövcud rejim və onun yeritdiyi siyasi kursdan və onun nəticələrindən – korrupsiya, kəskin sosial bərabərsizlik və ədalətsizlik, hakimiyyətin dinc seçkilərlə əvəzlənməsi və xalqın real siyasi iradəsinin siyasi hakimiyyətdə əks olunmasını təmin edəcək azad seçki şəraitinin olmaması, klançılıq və avtoritar oliarxik üsulu idarənin bərqərar olması cəmiyyətdə məyusluğa səbəb olur, müstəqil dövlətçilik şüurunu, milli kimlik şüurunu ,  milli ləyaqət hissini zədələyir və xarici təhlükələr qarşısında müqavimət gücünün zəifləməsinə, bəzi dairələrdə xilas yolunu xarici qüvvələrdə axtarmaq meylləri doğurur. Belə bir vəziyyət xarici güclərə xidmət edən xainlərin, kollaborasionistlərin , seperatçıların əl qol açması, fəliyyəti üçün əlverişli şərait yaradır.

Yaranmış situasiyada ölkədə qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, bunun üçün də köklü demokratik islahatların aparılması və azad ədalətli seçkilər vasitəsi ilə hakimiyyət formalaşdırılması milli təhlükəsizliyin zəruri məsələsinə çevrilmişdir. Eyni zamanda cəmiyyətdə  iqtidarın siyasəti nəticəsində yaranmış   məyusluğa istinad olunaraq milli xəyanaətə hərəkətlərinə haqq qazandırmaq, bəraət vermək, dözümlü yanaşmaq yolverilməzdir.

Dünyada, regionda və Azərbaycanda yaranmış vəziyyəti dəyərləndirərək müzakirədə iştirak etmiş şəxslər xalqımıza aşağıdakı məsələlər barədə müraciət edir.

1.Yaranmış situsiyada istər hakimiyyət, istərsə də qeyri dövlət dairələrindəki 5- ci kolon və  təslimçi, kollaborasionist fəaliyyət subyektlərinə və əhval- ruhiyyəyə hal və daşıyıcılarına qarşı açıq və prinsipial  ideoloji, psixoloji, informasiyon, hüquqi savaş aparılmalıdır. Ölkədə rusiya vətəndaş pasportları paylamaq şəklində təxribatçı əməliyyatların aparılması haqqında informasiyalara ciddi yanaşılmalı və potensial təhlükənin neytrallaşdırılması üçün zəruri tədbirlər görülməlidir.

2. Milli konsiolidasiya milli barışıq və daxili siyasi qarşıdurmaların mümkün olan bütün sahələrdə yumşaldılmasını tələb edir. Bunun üçün böyük siyasi amnistiyanın elan edilməsi, bütün siyasi dustaqların dərhal azad edilməsi məsələsi həll edilməlidir.

3. Mövcud xarici təhlükəyə  və daxili xəyanət meyllərinə qarşı ümumxalq müqavimətinin təşkili məqsədi ilə ilk addımlardan biri olaraq siyasi mənsubiyyət, meyl və simpatiyalardan asılı olmayaraq Rusiya təhlükəsi  reallığını qəbul edən qüvvələrin konsolidasiya platforması (Milli Böhran Masası, Ümummilli müqavimət hərəkatı və s. formalarda) yaradılmalıdır.

4. Mövcud hakimiyyət öz legitimlik və ictimai etimad dərəcəsini  yüksəltmək niyyətindədirsə, bu məqsədlə köklü demokratik dəyişiliklər edilməli,  ilk növbədə azad ədalətli seçkilər həyata  keçirilməsi şəraiti yaradılmalıdır. Vaxtı ilə İctimai Palatada hazırlanmış Demokratiyaya keçidin Yol Xəritəsi yeni şərtlərə görə nəzərdən keçirilməklə islahatlar proqramının hazılanması üçün baza sənədi kimi əsas götürülə  bilər.

5. Qeosiyasi orientirlər konkretləşməli və müəyyənləşməli, Azərbaycanın avroatlantik inteqrasiyası istiqamətində konkret addımlar atılmalı, beynəlxalq aləmdə rus ekspansionizminə qarşı çıxan qüvvələrlə, dövlət və qeyri dövlət subyektləri ilə təmaslar və əlaqələr intensivləşdirilməli, Rusiya təcavüzünün obyekti olan GUAM (Ukrayna, Gürcüstan, Moldova) və digər ölkə və xalqlarla həmrəylik gücləndirilməlidir.

6. Türk dünyası ilə əlaqələrin güclənməsinə diqqət artırılmalıdır. Azərbaycan Türkiyə ilə xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə məsələsi gündəmə gətirilməlidir.

7. Azərbaycan hakimiyyətindən tələb edilməlidir ki, xalqlar arasında sülhün qorunması və təcavüzlərin önlənməsi üçün beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq hüququn təkmilləşdirilməsi istiqamətində səyləri daha qətiyyətlə müdafiə etsin, o cümlədən BMT – Təhlükəsizlik Şurasında veto hüququnun, ATƏT-də konsensus qaydasının ləğv edilib qərarların səs çoxluğu qaydası ilə əvəzlənməsi təşəbbüslərini irəli sürüb dəstəkləsin”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 286