Muəllif:

Danışıq tariflərinin salınması üçün inzibati tədbirlərə əl atılacaq

Nömrə daşınma ucuzlaşma yaratmadı. Səbəb prosesin süni surətdə ləngidilərək 7 il uzadılmasıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorların danışıq tariflərini aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bəyan edib.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir. Onun sözlərinə görə, baxmayaraq ki Bakcell dərhal cavab verib ki, bu belə deyil və onların qiymətləri sərfəlidir, əslində nazir Əli Abbasov real vəziyyəti deyib. Bu sahədəki vəziyyət həqiqətən normal deyil
Belə ki ölkədəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir:”Mobil internet və onun keyfiyyəti isə lap biabırçılıqdır. Uzağa getmək lazım deyil , elə RYT Nazirliyin yaxınlığında Mobil İnternetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki Nazirliyin Tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından Mobil İnternetə daxil olub baxsınlar ki necə tənzimləyirlər”.
Hətta qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir. Baxmayaraq ki, son dövrlərdə həqiqətən də operatorlar tərəfindən endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır.
Avropada roumuinqin ümumiyyətlə ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün.
Reallıq budur ki həm danışıq tarifləri , həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir.
O.Gündüz hesab edir ki, bu cür mühitin yaranmasında elə RYTN-nin də günahı az deyil. Onun fikrincə, adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki, sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi:”Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur.Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin — nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 278