Muəllif:

Cudoçularımız Avropa Kubokunda özlərini yaxşı göstəriblər

Yunanıstanın Səlanik şəhərində  gənc cüdoçuların Avropa Kuboku yarışları azərbaycanlı idmançılar üçün uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 20 idmançı ilə yollanan Azərbaycan millisi 5 medal qazanıb.

Komandamızın heyətində Firudin Dadaşov (90 kq) çempionluq sevinci yaşayıb. Rüfət İsmayılovla (81 kq) Nəzakət Xəlilli (52 kq) ikinci yerlə kifayətləniblər. Sadiq Məhərrəmov (55 kq) və Davud Məmmədov (60 kq) isə yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, yığmamız komanda hesabında 32 ölkə arasında 4-cü olub.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147