Muəllif:

“Basarkeçər» qırmızı süfrə şərabı Moskvada qızıl medal aldı

Aqro-Azerinvest MMC “Qəbələ” Şərab Zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskvada keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal «PRODEXPO — 2014» 21-ci Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını alıb.

 

“Aqro-Azerinvest” MMC-dən APA-ya verilən məlumata görə, beynəlxalq sərgi fevralın 10-14-də keçirilib.

 

Sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” Şərab Zavodunun məhsulları ən yüksək mükafata layiq görülüb.

 

«PRODEXPO -2014» 21-ci Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 1,00 из 10)
Oxunma sayı: 433