Muəllif:

Azərbaycanlı alpinistlər Aşurlu və Dadaşov Şişabanqma zirvəsinə doğru irəliləyirlər

Azərbaycanlı alpinistlər İsrafil Aşurlu və Firuz Dadaşov Himalay dağlarının Şişabanqma (8027 m.) zirvəsinin fəthi ilə bağlı hədəfə doğru iləliləyirlər.Artıq üç gündür ki, onlar5700 m. hündürlüyündə yerləşən Advanced Base Camp (АВС) düşərgəsindədir. Hazırda idmançılarımız düşərgənin qaydaya salınması ilə məşğuldur. Dünən İ. Aşurlı təchizatın bir hissəsini5900 m.hündürlüyündə yerləşən buzlağa qaldırıb.Hava şəraiti yaxşılaşandan sonra alpinistlər ilk hündür C1 düşərgəsi istiqamətində yola çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan alpinistləri Himalay dağlarının Şişabanqma (8027 m., başqa adları Şişa-Panqma və ya Qosaintan) zirvəsini fəth etməyi planlaşdırırlar.Ekspedisiyanın təqribi müddəti 1,5 aydır.
Ekspedisiya zamanı alpinistlər süni oksigendən istifadə etməyəcəklər, marşrutla qalxan zaman şerpaların (yüksəklikdə çalışan yükdaşıyanların) xidmətindən də istifadə etmək fikrində deyillər – qalxma idman üslubunda keçiriləcək.

İsrafil Aşurlı Himalayın Everest (8848 m.) və Kançenjanqa (8586 m.) kimi səkkizminlik zirvələrin fatehi, “Qar bəbiri” titulunun sahibidir. 15 il ərzində dünyanın Antarktida və Arktika daxil bütün kontinentlərində 58 uğurlu ekspedisiya həyata keçirib.

Firuz Dadaşov Respublika Alpinist-Turist Klubunun idmançısı, Azərbaycanın yığma komandasının üzvüdür. Mərkəzi Asiyanın 7000 m.-dən hündür olan beş zirvəsindən dördünü fəth edib, Gürcüstan və Azərbaycan dağlarınıda uğurlu ekspedisiyalar keçirib. -02D-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 341