Muəllif:

Avropa Parlamentinə seçkilərdə Niderlanddan bir neçə Türk kökənli namizəd də var

Avropa Parlament (AP) seçimlərinə Niderlandda yaşayan bir neçə Türk kökənli namizədlərin də olması insanda gerçəkdən qürur hissi yaradır. Ancaq təbii ki, kimə səs verəcəyini müəyyən etmək üçün namizədləri daha yaxından tanımaq gərəkdir.  Bu məqsədlə Hollandiya Türk Federasiyası (HTF) özünün Rotterdam Şimal (Rotterdam Noord — Versam) şöbəsində sözü gedən namizədlərlə görüş təşkil etmişdi. Təyin olunan saatda zal artıq insanlarla dolu idi.  Görüşə bu qədər marağın olması Türk insanının bu seçimlərin əhəmiyyətinin fərqində olduğu anlamına gəlirdi.

Tədbiri giriş sözü ilə HTF-nin genəl başqanı Murat Gedik açaraq AP-yə namizədləri, mətbuat işçilərini, təşkilat  rəhbərlərini və gələn bütün qonaqları salamladı. Daha sonra hüquqşunas Hilal Doruk Avropa Birliyi və AP barədə  geniş məlumat verdi. Bundan sonra namizədlər ardıcıllıqla özlərini tanıdaraq nədən namizədliklərini AP-yə irəli sürdüklərini dedilər və   onlar üçün ayrılmış yerlərini tutdular. Namizədləri daha yaxından tanımaq üçün proqramın aparıcısı onlara şəxsi maraq dairləri ilə bağlı suallar ünvanladılar.  Daha sonra konkret suallar ətrafında namizədlər arasında debatlar başlandı. Debatlar  zamanı  aldırılan məsələlərə hər bir namizəd öz münasibətini bildirməli və daha sonra öz mövqeyini müdafiə etməli idililər. Görüşün bu hissəsi də olduqca maraqlı keçdi.   Bir neçə məsələ, Türkiyənin AB-yə üzv olması     və qondarma erməni soyqrımına, Ermənistan və Türkiya arasında baş verənlərə AB-nin söz haqqı olub-olmaması xüsusi müzakirələrə səbəb oldu.  Proqramnın sonda HTF-nin genəl başqanı Murat Gedik yekun çıxış edərək, HTF adından  AP namizədlərə gül və  hədiyyə paketləri təqdim etdi.

AP -yə namizəd olanlar:

Güliz Tomruk – Yaşıl Solçular  Partiyası (Groen Links)

Adnan Tekin —  İşçi Partiyası (PvdA)

Alattin Erdal – Xristiyan Demokratlar (CDA)

Ali Osman Biçen – Demokratlar 66 (D66)

Kaya Turan Koçak – Xristiyan Demokratlar (CDA)

Biz də öz adımızdan bütün namizədlərə uğurlu seçki kampaniyası arzulayırıq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249