Muəllif:

Arzu Abdullayeva Azərbaycan və Ermənistan gənclərini Vyanada bir araya gətirəcək

Arzu Abdullayeva Azərbaycan və Ermənistan gənclərinin görüşünü təşkil edir və Azərbaycan tərəfdən görüşdə iştirak edəcək bir qrup gənc bu gün Vyanaya yolu düşüb

APA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan tərəfdən görüşdə iştirak edəcək bir qrup gənc Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin xətti ilə  Vyanaya yolu düşüb. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva məlumatı təsdiqləyib.

Abdullayeva görüşü Brüsseldə fəaliyyət göstərən və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin tərəfdaşı olan bir təşkilat tərəfindən təşkil olunduğunu bildirib. Ancaq o, görüşü təşkil edən partnyor təşkilatın adını və iki ölkənin gəncləri arasında keçiriləcək görüşün məqsədini açıqlamayıb.

Abdullyayeva bunu bu gün Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin, fəalların, gənclərin görüşlərinə sərgilənən yanaşma və Vyanadakı görüş barədə yalnız partnyor təşkilatın geniş məlumat yaymaq səlahiyyətinə malik olması ilə izah edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 370