Muəllif:

Artilleriya generalı Əli ağa Şıxlınskinin doğum günü ehtiramla qeyd olundu

Azərbaycan Cümhuriyyətinin hərbi nazirinin müavini, milli ordu quruculu]unun təməlində dayanan şöhrətli artilleriya generalı Əli ağa Şıxlınskinin doğum günü ehtiramla qeyd olundu. Generalın məzarı önündə keçirilən tədbirə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Silahlı Qüvvələrin zabitləri, əsgərlər,  eləcə də ictimaiyyətdən xeyli adam  gəlmişdi.

Müdafiə naziri Zakir Həsənovun adından generalın məzarlı önünə əklil qoyuldu. Çıxışlar oldu, onun vətən və millət qarşısındakı unudulmaz tarixi xidmətləri qeyd edildi.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Əliağa Şıxlınskinin dünyanın hərb tarixində müstəsna yeri olduğunu, hələ 90-cı illərdə bir qrup zabitin general Şıxlınskinin adının əbədiləşdirilməsi təklifini irəli sürdüyünü xatırladı. General-leytenant Çingiz Məmmədov isə 1918-ci ildə  general Şıxlınskinin Azərbaycan Ordusunun yaradılmasının əsas ideya müəlliflərindən və təşkilatçılarından olduğunu ayrıca qeyd etdi.

Tədqiqatçı Şəmistan Nəzirli isə Əli ağa Şıxlınskini tək nümunəvi zabit, general deyil, eyni zamanda hərb elminin inkişafında böyük rol oynadığından söz açdı:

“Şıxlınski Azərbaycan ordusunun yaradılmasının əsas təşəbbüskarıdır. Çar Rusiyasında minlərlə general olduğu halda “artilleriya allahı” adını almış, Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilmiş yeganə generaldır”.

Anım mərasimi daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdi.  Şıxlınskinin xatirəsinə həsr olunmuş fotosərgiyə baxış oldu. Ədəbi-bədii kompozisiya isə  keçmiş tariximizin həyəcanlı anlarını yaşatdı, hər kəs bu fədakar insanı rəhmətlə, sayğı ilə andı..

Əli ağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib və Dağüstü məzarlıqda doğmalarının yanında dəfn olunub.

Azərbaycan  Cümhuriyyəti hərbi nazirinin müavini olmuş, artilleriya generalı Əliağa Şıxlınskinin məzarı üstündə abidəsi qoyulacaq.  Polkovnik Abdulla Qurbani məlumat verdi ki, gələn il general Əli ağa Şıxlınskinin 150 illik yubileyi qeyd olunacaq. Bu yubileylə əlaqədar olaraq, generalın  məzarının abadlaşdırılması və üzərində abidəsinin qoyulması planlaşdırılır. Bu yubiley münasibəti ilə Müdafiə Nazirliyi tərəfindən bir sıra tədbirlər təşkil molunacaqdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262