Muəllif:

Yeni baş nazir şayiələri doğrulmur: Artur Rasizadə qalır

78 yaşlı Artur Rasizadə yenidən parlament tərəfindən Azərbaycanın baş naziri olaraq təsdiq edilib. Onun namizədliyi Milli Məclisə İlham Əliyev tərəfindən irəli sürülüb. 112 deputat onun lehinə, iki deputat əleyhinə səs verib. Prezidentin yeni səlahiyyət müddətinin başlaması ilə əlaqədar hökumətin yeni tərkibi formalaşdırılır.
Blli olduğu kimi, Nazirlər Kabineti oktyabrın 19-da Əliyevin inauqurasiyasından dərhal sonra istefaya gedib. Lakin dövlət başçısı xüsusi sərəncamla yeni Nazirlər Kabineti tərkibinin formalaşdırılmasına qədər nazir vəzifələrini icra edən hökumət üzvlərini vəzifədə saxlayıb.
Qeyd edək ki, prezident yalnız baş naziri parlamentlə razılaşdıraraq təyin edir, Kabinetin digər üzvlərini Əliyev özü təyin edəcək.
Rasizadə hələ Sovet Azərbaycanında – 1986-1992-ci illərdə baş nazirin birinci müavini olub. Sonradan o, qısa müddət üçün dövlət qulluğundan ayrılıb.
Hakimiyyətə qayıdan Heydər Əliyev Rasizadəni də dövlət qulluğuna qaytararaq, öz köməkçisi, daha sonra baş nazirin müavini, sonra isə baş nazir təyin edib (1996-cı ilin noyabrında).
Rasizadə 4 avqust 2003-cü ildə gözlənilmədən istefa verib və baş nazirin birinci müavini olub. Lakin 15 oktyabr 2003-cü ildə İ.Əliyev prezident olduqdan sonra o, Rasizadəni baş nazir kürsüsünə qaytarıb(Turan).
Rasizadə baş nazir olaraq məhdud səlahiyyətlərə malikdir və yalnız iqtisadi məsələlərlə
məşğuldur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 248