Muəllif:

Yeni Azərbaycan çempionu müəyyənləşib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, yığmamızın liderlərinin oynamadığı və Vüqar Rəsulovun istirahət etdiyi hesabat turunda çempion vaxtından əvvəl müəyyənləşib.
Belə ki, çempionatın başa çatmasına 1 tur qalmış Zaur Məmmədov Sərxan Quliyevə qalib gəlməklə, birinci yeri özünə təmin edib. Aktivində 6,5 xalı olan şahmatçı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır. Sonuncu turda isə digər mükafatçılar bəlli olacaq.
VIII tur
Zaur Məmmədov — Sərxan Quliyev — 1:0
Şəhriyar Rəhimov — Nicat Abbasov — 0:1
Misrətdin İsgəndərov — Ürfan Sevdimalıyev — 1:0
Ülvi Bacarani — Kənan İzzət — -:+
Turnir cədvəli: Məmmədov — 6,5 xal, İzzət Rəsulov — 5, İsgəndərov — 4,5, Abbasov — 4, Quliyev — 3,5, Sevdimalıyev — 2,5, Rəhimov, Bacarani — 0,5.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152