Muəllif:

Yenə saxta 50 və 20 manatlıq əskinaslar aşkarlanıb

Bakıda yenə saxta 50 və 20 manatlıq əskinaslar aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsi bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Qaryağdı küçəsində yaşayan Mirsadıx Sadıxzadədən 7 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq saxta əskinas, yaşadığı evdən isə 26 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq saxta əskinas, 6 ədəd rəngli qələm və kompüter avadanlığı aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125