Muəllif:

Yanvarda dövlət sərhədini pozan 40 nəfər saxlanılıb

Bu ilin yanvarında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidməti mətbuat xidmətindən verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır. Dövlət sərhədlərini pozduğu üçün ötən ay sərhədçilər tərəfindən saxlanılan əcnəbilərdən 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Malayziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri isə digər ölkə vətəndaşları olub. Axtarışda olan 177 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Ay ərzində sərhədçilər tərəfindən 37 kiloqram 232 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bununla bağlı 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104