Muəllif:

Türkiyə XİN Barak Obamanın bəyanatından təəssüflənir

Türkiyə Xarici İşlər Nazirliyi prezident Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibət bildirib. «Sabah» onlayn-qəzetinə istinadən, «Tarixi həqiqətləri təhrif edən bu açıqlamanı təəssüflə qarşılayırıq», — deyə XİN-in açıqlamasında deyilir.
Nazirlik Obamanın bəyanatında erməni görüşlərini əks etdirən birtərəfli ifadələrə yer verildiyini qeyd edib.
«Bu cür açıqlamalar Türkiyə-ABŞ əlaqələrinə zərər verir. ABŞ kimi önəmli bir tərəfdaşımızdan gözlədiyimiz problemi daha da dərinləşdirmək deyil, problemin həllinə töhfə vermək və məsələnin tərəfsiz və elmi şəkildə araşdırılmasından yayınan erməni tərəfini daha səmimi olmağa cəsarətləndirməkdir», — XİN-in məlumatında bildirilir.
Doğrudur, Barak Obama 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı ənənəvi müraciətində yenə də «soyqırım» sözünü işlətməyib, lakin bununla belə Türkiyə tərəfi haqlı olaraq onun
müraciətinin ümumi tonundan narazı qalıb.

Biz də narazıyıq. Tarixi gerçəyi gözardı etməyi Barak Obamaya yaraşdırmırıq. Bizim qəlbimizə dəyməməli idi. Buna haqqı yox idi. 2 milyon insanımızı itirən də biz, təqsirkar da biz?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 85