Muəllif:

Toplum cəriməni öz üzərinə götürdü: 5 min manata yaxın pul yığıldı

İctimai Palata Vətəndaş Hərəkatının təşəbbüsü ilə bazar ertəsi saat 12:00-dan saat 15:00-a kimi Demokratiyaya Yardım Fonduna dəstək məqsədilə bützn ölkə üzrə «10 qəpik» adlı xeyriyyə marafonu keçirilib və bu aksiya nəticəsində 5 min manata yaxın pul toplanıb. Müsavat Partiyasının qərargahında bu marafona müxalif siyasi partiyalar, QHT-lər, ölkə vətəndaşları qatılıblar. Xeyriyyə marafonunun məqsədi kütləvi aksiyalarda həbs edilən, cərimə olunan siyasi fəallara dəstək olmaqdır. Belə ki, marafon zamanı toplanan pulların cərimələrin ödənilməsinə yönləndirilməsi nəzərdə tutulur, deyə Turan-ın xəbərində deyilir.

İctimai Palatanın üzvü, keçmiş baş nazir Pənah Hüseyn marafonu “həbsdə olan siyasi fəallara mənəvi dəstək kimi dəyələndirib.
Müsavat Partiyası başqanı İsa Qəmbər isə marafonu iqtidarın gənclərin fantastik cərimələrini öz üzərinə götürən cəmiyyətin iqtidara cavabı kimi qiymətləndirib. AXCP sədri Əli Kərimli marafonu cəmiyyətin gənclərin cərimələrini paylaşması adlandırıb, belə marafonların davamlı olmasını təklif edib və vəsait toplama mədəniyyətinin formalaşması nümunəsi hesab edib.
Gənclərin liderlərindən Tural Abbaslı yüksək cərimələri iqtidarın vətəndşların gözünü qorxutmaq cəhdi hesab edərək, aksiya iştirakçılarına dəstək olmağın vacibliyini bildirib. Vəsaitin toplanmasında hər şeyin şəffaf olmasına diqqət çəkib.
Keçmiş daxili işlər naziri İsgəndər Həmidov aksiyanı iqtidar üçün təhqir adlandırıb. İqtidarı vətəndaşları iqtisadi baxımdan hətta cəriməsini belə ödəyə bilməyəcək qədər kasıb duruma salmaqda ittiham edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 98