Muəllif:

Ticarət mərkəzində yanğın törədən tutuldu

Ələt-Astara magistralının Biləsuvar şəhərinin Heydər Əliyev prospektindən keçən hissəsində yerləşən ticarət mərkəzində yanğın törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya bildirilib ki, yanvarın 1-də gecə saat 22.00 radələrində fərdi sahibkar, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Namiq Mirzəzadəyə məxsus ikimərtəbəli mebel ticarət mərkəzində güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğının əhatə dairəsi genişləndiyindən buraya Cəlilabad Rayon YMH-dən də 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğın lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, ticarət mərkəzinə böyük ziyan dəyib. Belə ki, ikimərtəbəli, 720 kv.metrlik obyektin birinci mərtəbəsinin lambirdən ibarət tavanı və içərisindəki məişət malları 334 kv.m sahədə yanaraq kül olub.
Biləsuvar polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ticarət mərkəzində yanğın törətmiş şəxs — Biləsuvar şəhər sakini Ramin Hüsü oğlu Rüstəmov yanvarın 10-da yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117