Muəllif:

Təcrübə olmasa, nəzəri biliklərin xeyri də olmaz

 

Bakı  Ali  Neft  Məktəbində “Neft –qaz “ və  “Kimya” mühəndisliyi  ixtisasları üzrə təhsil alan tələbələr  tərəfindən nəzəri biliklərin möhkəmləndirilməsi üçün  məqsədyönlü  və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanılmışdır. İlk mərhələdə  1-ci kurs tələbələri üçün peşə təlimi təcrübəsi təşkil olunacaqdır.

Bu məqsədlə  Bakı Ali Neft Məktəbinin  rektoru Elmar  Qasımov və ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “Əməkdaşlıq” haqqında  müqavilə imzalamışlar.

Müqavilənin şərtlərinə əsasən  hər il 1-ci kurs  tələbələri sözügedən idarənin  Bakıdakı  Kadrlar  Hazırlığının Təşkili  Mərkəzinin və Sumqayıtdakı  Təlim,Tədris Mərkəzinin emalatxanalarında, laboratoriyalarında və sexlərində  neft-qaz çıxarma,neft-qaz emalı sahələrinə aid müxtəlif  peşələri öyrənməyə başlayacaqlar. Əsas diqqət qazma avadanlıqlarına  xidmət, elektrik avadanlıqlarının təmiri və xidməti, müxtəlif tipli  dəzgahlarda iş,qaynaq əməliyyatları ,materialların  texniki  və fiziki sınaqları ,maddələrin  kimyəvi analizləri, nəzarət ölçmə  cihazlarının və avtomatika vasitələrinin işi, texnoloji  qurğuların  kompressorlarına xidmət,texnoloji qurğuların  təmiri çilingərinin işi və s.  peşə təlimi məsələlərinə yönəldiləcəkdir.

Peşə təlimi təcrübəsi tələbələr üçün istehsalatda  əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatların  verilməsindən başlayacaqdır. Təcrübə  zamanı  müxtəlif peşənin özəlliklərini lazımi səviyyədə  mənimsəyən  tələbələrə  idarənin  sertifikatı  veriləcək və onlar yay  təcrübəsi zamanı  1 ay  müddətində müxtəlif peşələr üzrə əmək haqqı ödənilən işlə təmin olunacaqlar. Bu onların peşə təhsilini və biliklərini daha da artırılmasına  və təcrübənin  mükəmməlləşdirilməsinə xidmət edəcəkdir.

Bakı Ali Neft  Məktəbinin rektoru Elmar  Qasımov  bildirmişdir ki, ARDNŞ-nin Təlim,Tədris və Sertifikatlaşdırma  İdarəsi  müxtəlif sahələrdə fəaliyyət  göstərən  işçilərə peşələrin özəlliklərini öyrətmək məqsədi ilə təlimlər keçir. İdarənin fəaliyyətinə görə  Beynəlxalq  Standartlaşdırma Təşkilatının İSO-9001, İSO-14001, İSO-17024, İSO-170025, və Ts- 18001 sertifikatına layiq  görülmüşdür. Tələbələrin İdarənin struktur  qurumlarında  peşə təlimi  keçməsi gələcək  mühəndisləri  müxtəlif peşələrin özəlliklərini mənimsəməyə  və onların istehsalat  təşkilatçıları kimi fəaliyyətinə zəmin yaradacaqdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 293