Muəllif:

Svante Kornell: “İsraildən Azərbaycana təhlükəsizlik qarantiyası gözləməyə dəyməz»

Azərbaycan hökuməti artıq neçə illərdir ki, çox mürəkkəb situasiya ilə üzləşib, çünki bu ölkə ön xətdə yerləşir. Əgər kimsə — ABŞ, israil, yaxud başqa dövlət – İrana zərbə endirməyə hazırlaşırsa, onlar bunu Azərbaycanla əvvəlcədən məsləhətləşməlidir. Çünki bu addım Azərbaycan hökumətini arzuolunmaz duruma sala bilər. Azərbaycan anlayır ki, İsraillə müttəfiq olsalar belə, onlar ön xətdə tək qalacaqlar. Bu fikirləri APA-nın Vaşinqton müxbirinin İranın hücum edəcəyi təqdirdə ABŞ və İsrailin Azərbaycana verə biləcəyi təhlükəsizlik qarantiyaları ilə bağlı sualına cavabında Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornell deyib.

Svante Kornell bildirib ki, İsraildən Azərbaycana təhlükəsizlik qarantiyası verəcəyini gözləməyə dəyməz:

“ABŞ isə, regiona marağının səviyyəsini nəzərə alsaq, təhlükəsizlik məsələsində iştirak səviyyəsini artıra, məsələn, Azərbaycana hərbi-dəniz avadanlığının satılmasına maneə törətməyə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, əgər region ölkələri nəticələrin onlar üçün kifayət qədər neqativ olacağını bilirsə, ABŞ və ya İsrail maraqlarını müdafiə etməklə öz üzərinə risk götürməlidir. Biz bunu etiraf etməliyik. Əgər ABŞ məsələn, Azərbaycan, Gürcüstan, Türkmənistan, yaxud Özbəkistanın köməyinə ehtiyac duyacaqsa, onda təhlükəsizlik sahəsində öz iştirakına dair strateji, uzunmüddətli, stabil siyasət işləyib hazırlamalıdır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 101