Muəllif:

Sürücü ildə bir dəfə icbari təlimlərə cəlb oluna bilər

Sürücülük vəsiqəsi olan şəxslər ildə bir dəfə icbari təlimlərə cəlb oluna bilər. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna əlavələr edilməsi gözlənir. Qanunvericilər bundan çıxış edirlər ki, son vaxtlar sürücü ehtiyatsızlığından baş verən avtomobil qəzalarının sayının artmışdır. Əlavələr yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu sahədə fəsadların aradan qaldırılması istiqamətində görülən işləri sürətləndirmək üçündür. Qanuna əlavələr edildiyi təqdirdə, hər il rayon Dövlət Yol Polisi idarələrinin nəzarəti ilə uyğun vaxtlarda təlimlər keçiriləcək, təlimlər çərçivəsində sürücülərin psixoloji hazırlığı da yoxlanılacaq. Bu kimi qayda bir sıra ölkələrdə tətbiq olunur. Qanuna əlavələr bu ilin sonuna qədər Milli Məclisdə müzakirəyə çıxarıla bilər (APA) .

Xatırladaq ki, ötən il ölkənin avtomobil yollarında 2882 yol qəzası baş verib. Nəticədə 1156 nəfər ölüb, 3117 adam bədən xəsarətləri alıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 91