Muəllif:

Soydaşlarımız Münhendə irqi ayrı-seçkiliyə qarşı etiraz nümayişi keçiriblər

Bu gün – aprelin 17-də Almaniyada yaşayan Azərbaycanlılar yerli Türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər. Avropa Azərbaycanlıları Konqresi və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında olub. Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları tuturaq “Günahsız insanlara qarşı terror aktlarına son qoyulsun!”, “Ədalətli mühakimə tələb edirik!”, “Demokratik dəyərlərinizi doğruldun!” kimi şüarlar səsləndiriblər. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış ediblər, AR Diasporla İş üzrə Dövlət Komitəsindən
bildirilir.
Almaniyaı Azərbaycan diasporunun millətçiliyə qarşı etiraz aksiyası “Millətçi-sosialist məxfiliyi” təşkilatı (“Nationalsozialistische Untergrund”) üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Bu təşkilat 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır. AFR-dəki Azərbaycan diasporu türklərin bu cür amansızlıqla öldürülməsini öz acıları kimi qəbul edirlər.
Azərbaycan diasporunun təşkil etdiyi etiraz nümayişinin sonunda Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunub. Bəyanatda millətçiliyə, irçiliyə, Almaniyada yaşayan türklərin və ümumiyyətlə, bütün Türkiyənin, eləcə də azərbaycanlıların diqqətində olan məhkəmə prosesinə türk mediasının, öldürülən türklərin ailə üzvlərindən heç kimin buraxılmamasına etiraz bildirilir.

Qeyd edək ki, Münhen məhkəməsi prosesə türk mediasının buraxılmaması ilə bağlı Almaniyadakı türk və Azərbaycan diasporunun həssaslığını, etiraz dalğasının böyüməsi, rəsmi Ankaranın işə qarışmasını nəzərə alaraq jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxacaq. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar bu günə təyin edilən məhkəmə prosesi 2013-cü il mayın 6-dək təxirə salınıb.

Münhen məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında Azərbaycan (AzTV), türk (TRT, TGRT, Zaman qəzeti) və yerli medianın (NDR, Bild qəzeti) mənsublarının da iştirak etdiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162