Muəllif:

Son bir həftədə Gürcüstanda “donuz qripindən” 4 adam keçinib

 İlin əvvəlindən Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) 9 adam keçinib. “Qruziya Onlayn”a istinadən, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin bəyanatında deyilir. Bildirilir ki, ölənlər arasında 4 yaşlı uşaq və 65 yaşlı vətəndaş var, qalanları isə 30 — 64 yaş arasındadır., H1N1 virusundan ölənlərdən 4-üi son bir həftədə keçinib.  


Ümumilikdə Gürcüstanda bu günədək 182 A/H1N1 virusu və 10 B/H1N1 virusu ilə yoluxma halı qeydə alınıb.Sözügedən
Milli Mərkəzinin rəhbəri Paata İmnadze bu virusun ölkədə geniş yayılma təhlükəsinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, risk qrupuna daha çox hamilə qadınlar, yaşlı insanlar, xroniki xəstələr və azyaşlı uşaqlar aiddir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122