Muəllif:

Son ayda SQ Yardım Fonduna 1,4 mln. manat vəsait daxil olub

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 473 737 manat (1 877 850 ABŞ dolları) artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 1-i tarixinə Fondun manat hesabına toplanmış vəsait 37 879 112 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 205 791 dollar, avro hesabındakı vəsait isə 593 avro olub. Rus rublu ilə açılmış hesaba isə vəsait daxil olmayıb.

Artım yalnız Fondun Azərbaycan manatı ilə açılmış hesabına yığılan vəsaitdə olub. Ümumilikdə SQ Yardım Fondunun hesablarındakı vəsait 1 fevral 2013-cü il tarixinə 48 465 038.1 ABŞ dolları təşkil edib.

SQ Yardım Fondu prezidentin 17 avqust 2002-ci il sərəncamı ilə yaradılıb. SQ Yardım Fondu ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133