Muəllif:

Slovakiya bizdən, biz onlardan investisiya gözləyirik

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Slovakiya iş adamlarından ibarət heyətlə görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu qeyd edərək Slovakiyadan olan iş adamlarını əməkdaşlığa dəvət edib.
İİN mətbuat xidməti bildirir ki, görüşdə AZPROMO-nun fəaliyyəti barədə təqdimat da keçirilib. Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyi İqtisadi Siyasət Departamentinin direktoru Ziqmund Bertok Bakıya səfərindən məmnunluğunu ifadə edib, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensialı olduğunu vurğulayıb.
Görüşdə eləcə də ölkəmizin mövcud və potensial investisiya imkanları barədə müzakirələr gedib, Slovakiyalı iş adamlarını maraqlandıran suallara cavab verilmiş, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi qeyd edilmişdir.
Öz növbəsində Slovakiyanın İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyi (SARİO) tərəfindən bu ölkənin biznes mühiti və investisiya imkanlarına dair, həmçinin Slovakiya şirkətlərinin fəaliyyəti barədə təqdimatlar keçirilib.
________________________________________

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176