Muəllif:

Səttar Mehbalıyev yenidən AHİK sədri seçildi

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı başa çatdı. Trend-in məlumatına görə, qurultayda bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində PA rəhbəri Ramiz Mehdiyev prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda həmkarlar ittifaqlarının əhəmiyyəti vurğulanıb və fəaliyyətinin daha da genişlənməsinin zəruriliyi qeyd olunub. Sonra AHİK səd¬ri, millət vəkili Səttar Mehbalıyev qurultayda hesabat məruzəsi ilə çıxış edib, AHİK-in son 5 ildə gördüyü işlər barədə ətraflı məlumat verib.
PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, sevindirici haldır ki, bu gün Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar üzvləri növbəti prezident seçkilərinə cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürdü.
«Bunun nə demək olduğunu burada iştirak edən xarici qonaqlarımız bilir. Bildiyiniz kimi, bütün ölkələrin həmkarlar təşkilatları fəaliyyət xarakterinə görə hökumətə rəqib olur. Amma bir ölkənin həmkarları həmin ölkənin hakimiyyət təmsilçisini, birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə, bu, artıq cəmiyyətdəki həmrəyliyin xüsusi göstəricisidir. Bu, dövlət ilə ictimai qurumlar arasında birliyin göstəricisidir», — Həsənov deyib.
Qurultayın gündəliyinə AHİK Təftiş Komissiyasının hesabatı, Konfederasiyanın Nizamnaməsində əlavə və dəyişikliklər, fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, təşkilati məsələlər daxil edilib.Səttar Mehbalıyev yenidən növbəti 5 ilə AHİK-in sədri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 398