Muəllif:

Səsi sığortalandı

Bu günlərdə doğum gününü qeyd edən Günay İbrahimliyə bir-birindən fərqli hədiyyələr təqdim olunub. Daha fərqlisi prodüseri Təranə Səmədovadan olub. Belə ki, xanım Səmədova sığorta şirkətlərinin birinə müraciət edərək Günayın səsini sığortalayıb. Hədiyyəsinin mahiyyətini bəlli edərkən, bu, Günayın ürəyincə olub:
«Ötən gün 22 yaşım tamam oldu. Evdə ailə üzvlərimlə keçirdim. Sadə bir seçim istədim. Növbəti illərdə isə təmtəraqlı məclis təşkil edəcəm. Bu il hədiyyə verənlərim çox oldu. Ən maraqlısı Təranədən oldu. Təşəkkürümü bildirirəm. Ümumiyyətlə, həmin tarixdə məni yad edib, dəyərləndirənlərə, hətta sevməyənlərə belə minnətdarlığımı bildirirəm» — deyə Günay bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 345