Muəllif:

Şəmkirdə bələdiyyə sədri rüşvət alarkən tutulub

Daha bir bələdiyyə sədri rüşvət alarkən tutulub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Prokurorluğun mətbuat xidməti bildirir ki, Şəmkir rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə rayonun Təzəkənd bələdiyyəsinin sədri Məhəmməd Məmmədovun qanunsuz hərəkələri barədə müraciəti araşdırılıb. Müəyyən edilib ki, bələdiyyə sədri M.Məmmədov xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar bu kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənədlərin verilməsi üçün ona müraciət etmiş kənd sakinindən 1.200 manat məbləğində rüşvət tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 25-də M.Məmmədov xidməti otağında rayon sakinindən bu pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Baxış zamanı M. Məmmədovun üzərindən rüşvət kimi aldığı 1.200 manat pul, xidməti otağından şikayətçinin, digər altı vətəndaşın ötən illərə aid ərizələri aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülüb.

Faktla bağlı CM 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241