Muəllif:

Sarqsyan seçkilərdə qalib gəlib

Ermənistanın indiki rəhbəri Serj Sarqsyan 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra 58,64 faiz səslə prezident seçkilərində qalib gəlib. Bu barədə RİA Novosti xəbər verir.İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistan XİN-in ilk rəhbəri (1991-92-ci illər) Raffi Ovannisyandır. Üçüncü yerdə böyük geriləmə ilə — 2,15 faiz (31,643 min) sabiq baş nazir Qrant Baqratyan gəlir.
Qalan 4 namizədə gəldikdə, Paruyr Hayrikyana seçicilərin 1,23 faizi (18,093 min) səs verib.
Andrias Qukasyan 0,57 faiz (8,328 min), Vardan Sedrakyan — 0,42 faiz (6,203 min), Arman Məlikyan 0,24 faiz (3,516 min) səs toplayıb.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, seçkilərdə bəzi qanun pozuntuları müşahidə olunub. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə AŞ PA nümayəndəsi xanım Karin Voldset İrəvanda mətbuat konfransında deyib.
«Seçkilər bəzi qanun pozuntuları ilə keçib, xüsusilə inzibati resursların sui-istifadə qeydə alınıb. Seçki prosesi əvvəlkilərlə müqayisədə yaxşılaşdırılıb», — o qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 101