Muəllif:

Saakaşvili qolunu sındırıb, odur ki, İrəvana getməyəcək

İstanbulda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılıb və qolu qırılıb, bu haqda bazar ertəsi Türkiyə elektron KİV-ləri məlumat yayıb. “Hürriyet” qəzeti portalının məlumatına görə, hadisə ötən bazar Saakaşvili velosiped gəzintisinə çıxdığı zaman baş verib. Gürcüstan prezidenti xəstəxanaya aparılıb, hadisə ilə bağlı başqa ətraflı məlumat verilmir.
Saakaşvilinin Türkiyə hakimiyyəti ilə bazar ertəsinə planlaşdırılmış danışıqlar proqramı təxirə salınıb. Nəşrin məlumatına görə, danışıqlar aprelin 9-da keçiriləcək. Hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb.
Lakin bir məsələ də var: aprelin 9-na Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimi təyin edilmişdı və Saakaşvilinin mərasimə qatılacağı gözlənilirdi. İndi isə bəlli olur ki, artıq oraya gedə bilməyəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116