Muəllif:

«Rosobroneksport»: Azərbaycana S-300 kompleksi satışına yasaq yox…

«Rosobroneksport» bəyan edib ki, S-300 kompleksinin Azərbaycana satışına qadağa qoyulması barədə məlumatlar əsassızdır və Azərbaycanı MDB məkanında ən mühüm müştərilərimizdən biri kimi görürlər. Vurğulanıb ki, Rusiya və Azərbaycan arasında silah və hərbi texnika alqı-satqısına dair müqavilələr üzrə çatdırılmalar gecikmə olmadan yerinə yetirilir (APA).

Məlumatda «Rosoboroneksport»un Azərbaycanı MDB məkanında özünün ən mühüm müştərilərindən biri kimi gördüyü qeyd olunub. Şirkətdən bildirilib ki, Azərbaycanın maddi imkanları hazırda ən müasir silah və texnikaları əldə etməyə imkan verir: «Son illərdə Azərbaycan və Rusiya arasında bir neçə mühüm müqavilə imzalanıb. Bura aviasiya, həmçinin quru nəqliyyat vasitələri və döyüş maşınlarının çatdırılması kimi müxtəlif sifarişlər daxildir. Hazırda həmin müqavilələrin icrası qrafik üzrə davam etdirilir».

«Rosobroneksport»dan Rusiya dövlət rəhbərliyi tərəfindən Azərbaycana S-300 kompleksinin satışına yasaq qoyulması barədə son vaxtlar mətbuatda gedən məlumatın həqiqətə uyğun olmadığı da vurğulanıb, Azərbaycanın sifariş verdiyi komplekslərin artıq Bakıya çatdırıldığı qeyd olunub.

“İki ölkə arasında istənilən silah sisteminin alğı-satqısında, yaxud müqavilənin icrasında heç bir problem yoxdur”, — deyə şirkətdən bildirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143