Muəllif:

Rektor icra başçısı getdi

Bu yaxınlarda dramatik olayların yaşandığı İsmayıllı rayonunun icra hakimiyyəti başçısı Nizami Ələkbərov  vəzifəsindən azad edilib.
Prezident bu haqda sərəncam imzalayıb. P
rezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Sadıqov bu vaxtadək Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru idi.  Sadiqov keçmiş komsomol işçisidir. Bir vaxt texnikum direktoru olub. Aqrar Universitetə rektor gedənə qədər ADİU prorektoru idi. Nizami Ələkbərovun başqa bir təyinatı haqda bilgi verilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115