Muəllif:

Qazaxda güclü külək fəsadlar törədib

Bir neçə gün öncə Qazaxda baş verən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Qazax rayon Fövqəladə Hallar Komissiyasının sədri Fərman Nağdəliyevin məlumatına görə, güclü külək nəticəsində dam örtüyü dağılan iki hündürmərtəbəli binada artıq təmir işləri gedir və işlər bir neçə günə başa çatacaq. Sıradan çıxan elektrik naqillərinin də bərpa edildiyi bildirilir (APA).

Qazaxda güclü külək nəticəsində məcburi köçkünlərin məskunlaşdığı iki binanın dam örtüyü dağılıb və rayonun bir neçə yaşayış məntəqəsində elektrik naqilləri qırılaraq enerji verilişində fasilələr yaranıb. Külək kommunal sisteminə də ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyası rayona dəyən ziyanı araşdırır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110