Muəllif:

“Qarabağ”ın şansı

Sabah futbol üzrə Azərbaycan çempinatının final mərhələsinin II dövrəsinin oyunları başlayır. Turun oyunları şənbə və bazar günləri keçiriləcək. İlk “altılıq” matçları bu dəfə eyni gündə olacaq.

XXVII turun mərkəzi oyunu “Neftçi” ilə “İnter” arasında olacaq. Çempionluğa əsas namizədlər bu mövsüm sonuncu dəfə üz-üzə gələcəklər. Bu komandalar arasında cari mövsümdə keçirilən oyunların 2-də “Neftçi” qalib gəlib, 1 matç heç-heçə nəticələnib. Yəni bu komandaların xalları bərabər olarsa, “Neftçi” şəxsi oyunlara görə rəqibini qabaqlayacaq. “İnter” üçün bu matçı son şanslardan biri saymaq olar. Çünki arada xal fərqi 4-dür və “Neftçi” yenə qalib gəlsə, artıq 7 xal irəlidə olacaq. Bu halda qızıl medallar “bankirlər” üçün əlçatmaz olacaq. Ancaq “İnter” qalib gəlsə, xal fərqini minimuma endirməklə intriqanı artıracaq.
Çempionluğa digər namizəd “Qarabağ” bu turda “Qəbələ”nin qonağı olacaq. Ağdam komandası qələbə qazanaraq turnir cədvəlində birinci pilləyə yüksələ bilər. Ancaq bundan ötrü “Neftçi”nin uduzması şərtdir.
Medallardan kənarda qalmağı artıq dəqiqləşən “Qəbələ” isə 4-cü yer uğrunda mübarizə aparır. İndiki vəziyyətdə həmin pillənin dəyəri qalır. Çünki “Neftçi” çempion olmayıb, kuboku qazanarsa, Avropa Liqasında daha bir vəsiqənin sahibi çempionatda 4-cü yeri tutan olacaq. Bura əsas iddiaçılar olan “Simurq”la “Bakı” bu turda rəqib olduğundan, onlar arasındakı oyunun əhəmiyyəti böyükdür. “Zolaqlılar”ın kubokdan da əlini üzdükdən sonra axırıncı şansı çempionatda 4-cü olmaqdır. Bakılılar həmin pillədə olan “Simurq”a qalib gələrsə, xal fərqi 2-ə enəcək. Bu zaman paytaxt təmsilçisi şəxsi oyunlarda üstün olacaq və 4 tura 2 xal fərqini aradan qaldırmaq realdır.

27 aprel
17:00. “Kəpəz” – “Sumqayıt”
Bakı. “Dalğa Arena” stadionu
17:00. “Rəvan” – “Turan”
Bakı. “Bayıl Arena” stadionu
28 aprel
16:00. “Bakı” – “Simurq”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Şəhər stadionu
18:00. “Neftçi” – “İnter”
Bakı. “Bakcell Arena” stadionu
18:00. AZAL – “Xəzər Lənkəran”
Bakı. “AZAL Arena” stadionu

Çempionatın arxada qalan 27-ci turun oyunları 3 gün ərzində keçirilib və bu nəticələr qeydə alınıb: “Kəpəz” – “Turan” — 0:1, AZAL – “Rəvan” — 3:2, “İnter” – “Simurq” — 5:0, “Bakı” – “Qarabağ” — 0:1,“Neftçi” – “Qəbələ” — 2:1, “Xəzər Lənkəran” – “Sumqayıt” — 0:0 .

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 79