Muəllif:

Qafqaz qaplanı bizim dağlara qayıdıb

Qafqaz qaplanının bizim dağlara qayıtdığı və hətta öz arealında balalamasının gözlənildiyi barədə ümidverici xəbər yayılıb. Zooloqların bu vəhşiyə niyə öz dilimizdə deyildiyi kimi qaplan deyil, farsca bəbir dedikləri isə qətiyyən anlaşılmır. Həsən Əliyev adına Zəngəzur Milli Parkında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin monitorinqləri zamanı bu ilin fevral-mart aylarında foto-tələlər vasitəsilə bu vəhşinin daha bir dişi fərdinin üç fotoşəkli çəkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fotolar üzərində aparılan analiz fərdin üzərindəki xalların individual və şəkillərin eyni bir fərdə aid olduğunu göstərir, yetgin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bu cür fərdlərin Azərbaycan əazisində onlara uyğun mühitdə yaşayıb artmasına, populyasiyasına şərait yaranıb. Eyni zamanda, bu hadisə ümid etməyə imkan verir ki, Azərbaycanda, o cümlədən Zəngəzur Milli Parkında bu nadir növün populyasiyası və artım tendensiyası başlayacaq, yaxın zamanlarda onun balaları ilə birgə fotolarını görmək də mümkün olacaq.

Xatırladaq ki, 06 sentyabr 2012-ci il tarixində də Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin monitorinqi zamanı parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin yetgin fərdinin ilk fotoşəkli çəkilmişdir.
Zəngəzur Milli Parkının və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları WWF-in Azərbaycan nümayəndəliyinin texniki və metodiki dəstəyi ilə ötən payız və qış aylarında bəbirlərin, onların qida obyektləri və rəqiblərinin monitorinqini aparmış, Azərbaycanın «Qırmızı Kitab»ına daxil olmuş bir çox nadir heyvan növlərinin yüzlərlə fotoşəklini çəkmişlər. Bu növlərin içərisində vaşaq (Lynx lynx), çöl pişiyi (Felissylvestrisornata), bezoar keçi (Capra aegagrus), muflon (Ovisgmelini), Xəzər uları (Tetraogalluscaspica) kimi nadir növlərlə yanaşı oxatan (Hystrixindica), daşlıqdələsi (Martesfoina), porsuq (Melesmeles), qaban (Susscrofa), canavar (Canis lupus), tülkü (Vulpesvulpes) və s. kimi təhlükədə olmayan növlər də qeydə alınmış və keyfiyyətli fotolar əldə olunmuşdur.

Məlumat üçün: Azərbaycan Respublikasının «Qırmızı kitab»ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı siyahı»sına daxil edilmiş təbiətin nadir incisi olan qaplanların tarixi areallarının qorunub saxlanılması məqsədilə onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 481