Muəllif:

Prezident TANAP sazişini təsdiqlədi

Prezident İlham Əliyev TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsi ilə bağlı Azərbaycan-Türkiyə sazişini təsdiqləyib. «APA-Economics»in məlumatına görə, dövlət başçısı «Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Sazişin təsdiqi haqqında Azərbaycan Respublikası Qanununu imzalayıb. Bu saziş 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanıb.
Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156