Muəllif:

Peşəkar roller derby idmançısı Ceyn MakManus təcrübəsini bölüşəcək

Amerikanın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru, və peşəkar roller derby idmançısı Ceyn MakManus aprelin 12-15-dək Azərbaycanda olacaq. Bu barədə Amerika Səfirliyi xəbər yayıb. Deyilir ki, xanım MakManus Bakı və Gəncədə peşəkar atlet kimi öz təcrübəsini bölüşməklə, idman jurnalistikası və Amerikanın qadın idmanı haqqında ictimai təqdimatlar keçirəcək.

Xanım MakManusun səfəri, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədini daşıyan və bu səbəbdən görkəmli amerikalıları Azərbaycana dəvət edən “Amerikalı Natiqlər Silsiləsi” proqramı çərçivəsində baş tutur. Xanım MakManusun bütün təqdimatları azad, ictimaiyyətə açıq və Azərbaycan dilində tərcümə ilə müşayiət edilir. ABŞ Səfirliyi qadın idmanı və qadın idmanı jurnalistikasının təbliğində maraqlı olan bütün azərbaycanlıları təqdimatlarda iştiraka dəvət edir. Təqdimatlar bunlardır: İdman Jurnalistikası;
Amerikada Qadın İdmanı; “Whip It” İngilis dilində kino təqdimatı + Amerikada Qadın İdmanı haqqında müzakirə; Amerika təcrübəsi əsasında Qadın İdmanının Təbliği.

Ceyn MakManus 1998-ci ildən bəri Nyu-Yorkun idman hadisələrindən yazır. Onun yazıları Newsday, USA Today, The Journal News və The New York Times qəzetlərində çap olunur.

Hazırda Xanım MakManus ESPN.com-un Nyu-York bürosunun MFL-in Nyu-York Jets komandası üçün yazılar yazır, espnW-in köşə yazarıdır. Bu internet səhifəsi qadın idmanından yazmaqla qadın idmanı fanatlarını əhatə edir.
Xanım MakManus milli xəbərləri yayımlamaqla bərabər ESPN və bir sıra radioların idman verilişlərində çıxış edir. 2005-ci ildən etibarən o, Kolumbiya Jurnalistika Universitetində professor kimi çalışır. Ceyn MakManus özü də həmin universiteti magistr dərəcəsi üzrə bitirmişdir.
Xanım MakManus peşəkar roller derby idmançısıdır və New Jersey “Suburban Brawn” roller derby komandasının üzvüdür. O, ailəsi ilə birgə (həyat yoldaşı və iki övladı) Nyu-York yaxınlığında yaşayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124