Muəllif:

Pasporta görə rüsumlara dəyişiklik gözlənilir

Milli Məclisin İqtisadi siyasət komitəsi “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi müzakirə edir. Son iclasda deputatlar ümumvətəndaş pasportları verilməsinə görə rüsumun dəyişdirilməsini müzakirə ediblər. Belə ki, müstəsna xəstəliklə bağlı olaraq iki gün ərzində verildiyi və ya dəyişdirildiyi halda 1 yaşınadək uşaqlara 10 manat, 1-3 yaşınadək 20 manat, 3-18 yaşınadək 30 manat, 18 yaşdan yuxarı 40 manat rüsum nəzərdə tutulur.
Pasportlar bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 40 manat, 1-3 yaşınadək 80 manat, 3-18 yaşınadək 120 manat, 18 yaşdan yuxarı 160 manat, 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlara 20 manat, 1-3 yaşınadək 40 manat, 3-18 yaşınadək 60 manat, 18 yaşdan yuxarı 80 manat rüsum müəyyən edilir.
Yaxın zamanlarda düzəlişlər layihəsinin baxılmaq üçün parlamentin iclasına çıxarılacağı gözlənilir. Hazırda 5 gün ərzində pasport almaq üçün rüsum 120 manat, bir ay üçün 40 manatdır. Digər rüsum növü nəzərdə tutulmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 86