Muəllif:

“Park Bulvar”dan böyük miqdarda oğurluq etmiş şəxs tutulub

“Park Bulvar” ticarət mərkəzindən elektron siqaret oğurlamış şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən bildirilir ki, fevralın 4-də Neftçilər prospektində yerləşən «Park Bulvar» ticarət mərkəzində Bakı şəhər sakini Rüfət Fərəcova məxsus elektron siqaretlərin satışı məntəqəsindən dolabın qapısını sındırma yolu ilə 4300 manat və 300 manat dəyərində elektron siqaret oğurlanıb. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Xəlilov fevralın 11-də tutulub. Faktla bağlı araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111