Muəllif:

Ömürlük cəza çəkənlər az — 15-20 il istəyir

Barələrində çıxarılmış ölüm hökmü ömürlük cəza ilə əvəzlənən məhkumların müraciətinə Milli Məclisdə baxılacaq. Ömürlük cəza çəkənlər narazıdır — onlar 15-20 il müddət istəyir. İddia edirlər ki, ömürlük cəza güllələnməkdən ağır cəza növüdür.
Azərbaycanda vaxtilə ölüm hökmünə məhkum edilmiş, 1998-ci ildə bu cəza növü ləğv olunandan sonra isə cəzası ömürlük həbslə əvəzlənmiş bir qrup dustağın müraciətinə Milli Məclisdə bu ay ərzində Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılması gözlənilir.

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə uyğun olaraq Milli Məclis 1998-ci ilin fevralında CM-də ölüm hökmü cəzasını ləğv edib.
O vaxt bu maddə ilə cəza alanlar bu dəyişikliyə uyğun olaraq avtomatik ömürlük həbs cəzasına məhkum olunublar.

Bu kateqoriyadan olan dustaqların sayı 80 nəfərdir və onlar bu qərarı qeyri-obyektiv hesab edərək mütəmadi aclıq aksiyası keçirirlər. Bir vaxt
olduqca müdhiş və tükürpədən cinayətlər törətmiş bu canilər məhkum edildikləri dövrdə ömürlük həbsin olmadığını əsas gətirərək, cəzalarının müddətli (15-20 il) həbs cəzası ilə əvəzlənməsini tələb edirlər.

Dustaqlar bununla bağlı Avropa Şurasına da müraciət ünvanlayıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 380