Muəllif:

Oklahoma ştatının Senatı Xocalı qətliamını tanıdı

Oklahoma ştatı Senatının (ABŞ) birinci sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul edilib.
Qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır (Trend).
Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alaraq və Xocalı qətliamının 21-ci ildönümünü qeyd edərək, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.
Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116