Muəllif:

Narkomanların sayı 28 minə çatır

Ötən il rəsmən qeydiyyata alınmış narkomanların sayı bir qədər də artaraq 27 min 910 nəfərə çatıb. Azərbaycan SN Respublika Narkoloji Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2011-ci ildə narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.
Yalnız 2012-ci ildə 1878 nəfər ilk dəfə narkoman kimi qeydiyyata götürülüb.
Hazırda qeydiyyata alınan narkomanların 528 nəfəri qadınlardır. Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkomanların sayında elə ciddi dəyişiklik olmayıb. 2011-ci ildə narkoman qadınların sayı 511 nəfər olub. Qadınlar arasında 30-44 yaş arasında olanlar üstünlük təşkiil edir.
Ümumilikdə narkomanlar arasında daha çox 30-39 yaş arası olan kişilər üstünlük təşkil edir.
25-29 yaşlı narkomanların sayı 3767, 18-25 yaşlı narkomanların sayı 1247 nəfərdir. Ölkədə 18 yaşadək narkoman qeydiyyata götürülməyib.
Əlbəttə, bunlar rəsmi rəqəmlərdir, gercəklikdə bu rəqəmlərin daha böyük olduğuna dair heç də əsassız olmayan iddialar var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 103