Muəllif:

Muğam ifaçısı həbsxanada aclığa başlayıb

Tehranın məşum keçmişi və indisi olan Evin həbsxanasının 350-ci korpusunda saxlanılan tanınmış azərbaycanlı fəal aclıq aksiyasına başlayıb. Xəbərlərə görə, İsmayıl Bərzigəri ona görə aclıq aksiyasına baş vurub ki, səhhətində ciddi problem yaranıb və onun müalicə alması üçün lazımi şərait yaradılmır.
Məlumata görə, azərbaycanlı siyasi məhbus həbsxananın klinikasına aparılıb və orada ağır işgəncəyə məruz qalıb. Nəticədə İsmayıl Bərzigəri boyun nahiyəsindən ağır yaralanıb, aldığı zərbələrdən dodaqları şişib.
Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan muğam ifaçısı İsmayıl Bərzigəri 2011-ci ilin iyununda həbs olunub. Tehran məhkəməsi onu casusluqda təqsirləndirib və 7 illik həbsə məhkum edib. Azərbaycanlı siyasi fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib…
Müttəhim saxlandığı şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq bundan öncə də aclıq aksiyası keçirib. Nəticədə İsmayıl Bərzigərinin dəfələrlə qan təzyiqi düşüb, onu zindanın klinikasına aparıblar. Hətta onun 11 günlük kliniki ölüm keçirdiyi də bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 108