Muəllif:

Təhsil sahəsində təcrübəsi olmayan təhsil naziri oldu

Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Bu vəzifəyə Mikayıl Cabbarov təyin olunub.Bu barədə prezident İlham Əliyevin sərəncamı dərc edilib.

Prezidentin digər sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.
Professor Misir Mərdanov nazir olana qədər ali təhsilin bütün pillələrini keçmişdi və 1998-ci ildən bu vəzifədə idi. Ən çox tənqid olunan nazirlərdən biri olmasına rəğmən, onun nazirlik dönəmi bir çox müsbət və köklü yeniliklərlə yadda qaldı. Mətbuat üçün ən çox açıq olan nazirlərdən biri, bəlkə də birincisi idi.

Maraqlıdır ki, Mikayıl Cabbarov heç vaxt təhsil sahəsində işləməyib. O, ABŞ-da magistratura təhsili alıb, bundan sonra iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Son bir neçə ildə o, “İçəri şəhər” qoruğuna rəhbərlik edirdi. Ötən il Türkiyə mətbuatında onun adı guya təyyarədə stüardessaya kobudluq etməsi və onu hədələməsi ilə bağlı qalmaqalla əlaqədar hallanırdı. Lakin bu hadisənin davamı olmadı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2069