Muəllif:

Məktəblərin və müəllimlərin telefon dərdi

TN-də hesab edirlər ki, uşaqların tərbiyə məsələsi məktəbdən daha çox ailə ilə bağlıdır. Orta məktəblərdə dərs prosesini pozan şagirdlərə qarşı inzibati tədbirlər görülməsi təklif edilir. TN-də hesab edirlər ki, dərs prosesini pozan şagird ən azı hansısa inzibati cəzalara məruz qala, cərimələnə bilər. TN tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri Ağababa İbrahimov «Trend»-ə bildirib ki, dərs prosesi pozulursa, müəllim, sinif rəhbəri, məktəb direktoru təqsirləndirilir. Deyir:
«Ancaq məsələnin mahiyyətinə varılmır, nəzərə alınmır ki, bu kimi uşaqlar sinifdə 20-25 uşağın tədrisini pozur, bir uşaq bir sinfi korlayır. Ancaq qanunvericilikdə buna qarşı hansı inzibati tədbir nəzərdə tutulub? Dərs prosesini pozan uşaq ən azı hansısa inzibati cəzaya məruz qalmalı, maddi baxımdan cəzalanmalıdır. Bu, çox vacib məsələdir».
İbrahimov hesab edir ki, bu gün məktəblərdə şagirdlərin müəllimləri qəsdən, onlara əl qaldırmaq həddinə çatdırması halları da olur. Onun fikrincə, uşaqların tərbiyə məsələsi məktəbdən daha çox ailə ilə bağlıdır.
Nazirlik rəsmisi hesab edir ki, məktəblərdə tədris prosesinin təşkili ilə bağlı hər hansı problemin olmaması üçün ən yaxşı variant şagirdin dərsə telefonla girməməsidir, lakin bu gün orta məktəbə telefon gətirilməsinin qarşısını almaq da çətindir. Lakin çıxış yolu var:
«Mənim məlumatıma görə, elə aparatlar var ki, onları quraşdırdıqda telefonlar işləmir. Bu variant tətbiq oluna bilər. Telefonlar da yığışdırıla bilər».
O əlavə edib ki, kiçik məktəblərdə şagirdlərdən telefonların götürülməsi daha asan olar. Ancaq böyük məktəblərdə bu, problemlər yarada bilər. Çünki bu halda həmin şagirdlərin telefonlarının harada saxlanılması barədə fikirləşmək lazımdır. Əks halda, bu məsələ problem çıxarar, şagirdin telefonu itə bilər, bu hadisəyə görə kimin cavabdehlik daşıması isə məlum olmaz.
İbrahimov deyir ki, bəzi ölkələrdə bu məsələ ilə bağlı maraqlı təcrübə var. Məsələn, 1992-ci ildə Moskvanın 109 saylı məktəbində olanda görmüşdüm ki, məktəbin I mərtəbəsində hər sinfin, bağçalarda olduğu kimi, öz şkafı var. Hər uşaq və ya iki uşaq üçün bir şkaf var. Uşaq gəlib oraya öz əşyalarını qoyur və dərsə girir. Dərsdən çıxanda da şkafını öz açarı ilə açır və əşyalarını götürür. Həmin şkaflara nəzarətçilər baxırdı, yəni nəzarət var idi».
Lakin Azərbaycan məktəblərində belə şkaflar yoxdur. Siniflərə, dəhlizlərə isə kameralar quraşdırılır. Təbii ki, bu şəraiti olan məktəblərdə şagirdlərin dərs prosesi zamanı işlədilməsi vacib olmayan əşyalarını şkaflarda saxlamaq olar. Bu da variantdır. Ola bilər ki, gələcəkdə məktəb tikintisində bu məsələ nəzərə alınsın, — deyə nazirlik rəsmisi düşünür.
Ümumilikdə isə İbrahimov hesab edir ki, dərsi keçə bilməyən müəllimin özü haqqında tədbirlər görülməlidir. Müəllimin sinfi ələ ala bilməməsi iki səbəbdən ola bilər. Bu, ya həmin müəllimin yumşaq xasiyyətli olmasından, ya da savad səviyyəsinin yüksək olmamasından irəli gəlir. İbrahimovun fikrincə, şagird istənilən savadlı müəllimə hörmət edir. Ən pis, intizamsız şagird də savadlı müəllimə hörmət edir.
Nazirlik rəsmisi hesab edir ki, müəllim dərs prosesində öz tədris etdiyi fəndən kənar söhbətlər edərsə, o sinifdə tədrisin təşkili ilə bağlı problemlər yaranacaq. Buna görə də müəllim 45 dəqiqə ərzində yalnız öz fənnini tədris etməli, heç kimə əxlaq dərsi keçməməli, lazımsız ictimai-siyasi söhbətlər etməməli, şagird yanında həmkarı haqqında mənfi fikir söyləməməlidir. Deyir:
«Əgər müəllim 45 dəqiqəni öz fənninin tədrisinə həsr edirsə, əmin olun ki, sinifdə tədrisdə problem ola bilməz. Əgər sinifdə müəllimin yumşaq xasiyyəti üzündən problem yaranırsa, onda sinifdə profilaktik işlər də aparılmalı, imkan varsa, həmin müəllimin sinfi dəyişdirilməlidir. Əks halda, xoşagəlməz hallar qaçılmazdır.
Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan məktəblərində bəzi müəllimlərin şagirdləri döyməsi barədə videoçarxlar yayımlanıb. Həmin videolar telefonla şagirdlər tərəfindən çəkilib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165