Muəllif:

Məhbəslərdən səslər

Güney azərbaycanlı ictimai fəal Şəhram Dadaşi fevralın 4-də həbs cəzasına dair hökmün icrası üçün Təbriz mərkəzi zindanının karantin bölümünə köçürülüb. Dadaşi 2011-ci il oktyabrın 9-da bir ay saxlanıldıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılmışdı. O, daha bir neçə ictimai fəalla birlikdə İnqilab Məhkəməsinin Təbriz 1-ci şöbəsində 1 il həbs cəzasına məhkum edilib.
Əkbər Muhaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bərqdar və Əsgər Ağayi Əlvəndi bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsində mühakimə olunublar. Xatırladaq ki, adlarını çəkdiyimiz azərbaycanlı ictimai fəallar ötən il Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutulanların afişalarını (poster) yaydıqlarına görə həbs ediliblər.
Tanınmış azərbaycanlı fəal Mahmud Fəzli yenidən Təbrizin mərkəzi zindanından ETTELAAT idarəsinə köçürülüb. Fəzli tutulandan sonra 24 gün ETTELAAT idarəsində saxlanılıb və sonra 2013-cü il yanvarın sonunda Təbrizin mərkəzi zindanına keçirilmişdir. O, iki gün öncə yenidən ETTELAAT idarəsinə köçürülüb.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı ictimai fəal 2011-ci il avqustun 24-də daha 28 nəfər milli-mədəni fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutulub.O, təxminən 2 ay ETTELAAT idarəsi və mərkəzi zindanda saxlanılıb və sonra mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. O, bundan öncə də mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və tutuqlanıb.
Son xəbərlərə görə, ETTELAAT Kərəc şöbəsinin əməkdaşları Lətif Həsənini tutublar. Həsəni 2010-cu il mayın 24-də həbs olunmuş, 270 gün ETTELAAT-ın təcridxanasında və Təbriz həbsxanasında saxlanıldıqdan sonra mülk girovu qoymaqla zaminə buraxılmışdı. Yenə də həbs… Onlar bu azərbaycanlı ziyalının mənzilində sanksiyasız axtarış aparıb, ona məxsus kompüter, CD-lər, Azərbaycan türkcəsində olan kitablar, əlyazmalar və bir sıra şəxsi əşyaları müsadirə ediblər. O, «dövlət quruluşuna qarşı təbliğat aparmaqda» ittiham olunub. Lətif Həsəni bir neçə il əvvəl Bəzz qalasına yürüş zamanı da tutulmuşdu…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102