Muəllif:

Komissar Füle bu gün və sabah Bakıda olacaq

Komissar Ştefan Füle bu gün və sabah Bakıda olacaq. Brüsseldən daxil olan bilgiyə görə, Avropa Birliyinin Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üçün cavabdeh olan Komissar Ştefan Füle Bakıya ikitərəfli əlaqələri və cari ilin noyabrında Vilnüsdə Şərq Tərəfdaşlıq Sammitinədək Şərq Tərəfdaşlığında Azərbaycanın iştirakı üçün qoyulan hədəfləri müzakirə etmək üçün gəlir.

Ştefan Füle Bakıda Prezident İlham Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Təhsil Naziri Mikayıl Cabbarov, Xarici İşlər Nazirinin Müavini Mahmud Məmməd-Quliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəkdir.

Cümə günü Komissar Füle Diplomatik Akademiyada nitq söyləyəcək və mətbuat konfransı keçirəcəkdir. Bakı danışıqları zamanı o, qarşılıqlı hörmət, maraq və dəyərlər əsasında Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə dair Avropa Birliyinin öhdəlik götürdüyünü bir daha təsdiq edəcəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105