Muəllif:

İsmayıllı polisi Bakıdan gələnləri şəhərdən qovub

Çərşənbə axşamı saat 15 radələrində İsmayıllı şəhərində polis Bakıdan gələn bir qrup hüquq müdafiəçilərini və jurnalistləri saxlayıb. Turan-ın müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti ümumilikdə təxminən 20 nəfərdən ibarətdir. Şəhərə girişdə Yol Polisinin nəzarət məntəqəsində bir neçə maşında oturan hər kəsin sənədləri yoxlanılıb və səfərin məqsədi soruşulub. Heyət şəhərə daxil olan kimi hamını saxlayıblar və polis şöbəsinə aparıblar. Bir neçə nəfər, o cümlədən Rəsul Cəfərov, Bəşir Süleymanlı və başqaları dindirilmək üçün polis rəisinin yanına aparılıb. Digərləri küçədə onları gözləyib.
Bu səfərin məqsədinə gəlincə, hüquq müdafiəçiləri 23-24 yanvar iğtişaşları zamanı və onlardan sonra həbs edilənlərin qohumları ilə söhbət edərək, onların şikayətlərini, irəli sürülmüş ittihamları və həbs edilənlərin vəkillərinin olub-olmadığını öyrənmək niyyətindədirlər. Rəsul Cəfərovun Turan-a verdiyi məlumata görə, bir saat ərzində onlar polis rəisi Nizami Hacıyev və rayon prokuroru ilə söhbət ediblər. “Bizə açıq-aşkar söylədilər ki, gəlişimizi xoş niyyətin təzahürü deyil, vəziyyəti gərginləşdirmək cəhdi hesab edirlər və şəhəri tərk etməyimizi tələb etdilər. Biz isə istintaqın necə getdiyini öyrənmək və daxil olan şikayətləri yoxlamaq istədiyimizi bildirdik. Bizə dedilər ki, işgəncələr və şikayətlər haqqında məlumatlar həqiqətə uyğun deyil. Ümumilikdə 12 nəfər həbs edilib və onlar Bakıya göndərilib. Onlara qarşı kütləvi iğtişaşların və əmlakın məhv edilməsinin təşkili ittihamı ilə cinayət işi açılıb”, deyə Cəfərov bildirib.
Saat 18.00 radələrində jurnalistlər və hüquq müdafiəçiləri İsmayıllını tərk etmək məcburiyyətində qalıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149