Muəllif:

İrandan silah-sursat gətirənlərin cəzası yüngülləşə bilərmi?

İrandan silah-sursat gətirənlərin, ölkəmizi içdən qarışdırmaq üçün hər cinayətə hazır olanların cəzası yüngülləşə bilərmi? Amma bu cinayətləri törədərkən yaxası ələ keçənlər və layiq olduqları cəzaya çatdırılanlar bağışlanmaq arzusunda olublar. Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan İran vətəndaşları Abtin Məhəmmədəli Əbdülrəhman, Asadi Darmanaki, Azərbaycan vətəndaşları — Xanməmmədov Elçin Nurəhməd oğlu, Quliyev Mintay Oqtay oğlunun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb və təbii ki, bu pis niyyətləri adamların anormal istəyinə rədd cavabı verilib.

Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə bu şəxslərin apelyasiya şikayətləri üzrə elan edilən qərara görə, onların cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abtin Məhəmmədəli 10 il 6 ay, Asadi Darmanaki 10 il, Elçin Xanməmmədov 6 il 6 ay, Mintay Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bu cinayətkar dəstə üzvləri CM 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 228.2.1 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlma, satma və ya saxta sənədlərdən istifadəetmə) maddələri ilə ittiham ediliblər.
Bu dəstə üzvləri İrandan qaçaqmalçılıq yolu ilə külli miqdarda silah və sursat keçirərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181