Muəllif:

İran tərəfindən bizim vətəndaşlara şok ittiham

İranda həbs olunan iki Azərbaycan vətəndaşının işlərinə aydınlıq gətirilib. Onlar … qeyri-qanuni əlaqələr qurmaqda ittiham olunur. Bu barədə İran Xarici İşlər Nazirliyində çalışan bir məmurun açıqlaması yayılıb. Məmur bildirib ki, həbs edilən Azərbaycan vətəndaşları İrana turist qismində səfər ediblər: “Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.

Bəlli olur ki, İran vətəndaşları ilə şəxsən görüşmək, onların evinə qonaq getmək, tutalım, ədəbi və ya ictimai söhbətlər etmək qanunsuzdur. Bu kimi təmaslar ancaq və ancaq polisin nəzarəti altında olmalıdır. Azərbaycan MEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının Xalidə Xalidin sürücüsü, adının isə Şamxal Hüseynov olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar — Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Sadəcə vətəndaşlarımız bu qorxulu cəmiyyətə ayaq basmasalar yaxşıdır. Nə desən ola bilər. Bu dövlətin məxfi xidmətləri bütün xarisi vətəndaşlara casus gözündə baxırlar.

Son olaraq, dünən bəlli oldu ki, Xalidə Xalidin övladları prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli məlumat verib.
Onun sözlərinə görə, müraciətdə əsas məqsədləri anaları Xalidə Xalidin və onun köməkçisi Şamxal Hüseynovun tezliklə azadlığa buraxılması üçün dəstək göstərilməsini xahiş etməkdir.

Müraciətdə o da qeyd olunub ki, Xalidə Xalid İrana elmi ezamiyyətə gedib və övladları onun qonşu ölkənin siyasi təxribatının qurbanı olmasından narahatdırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 102